25.04.2015

General-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş tədbir

Aprelin 23-də Yasamal rayonu 60 nömrəli tam orta məktəbdə General-leytenant  Əliağa Şıxlinskinin  150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə millət vəkili Xanhüseyn Kazımlı, hərbi ekspert Şəmistan Əlizamanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, 171 nömrəli məktəbin direktoru Rövşən Qasımov və məktəb rəhbərliyi  iştirak ediblər.TədbirAzərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub.

İlk öncə tədbirdə məktəbin şagirdlərindən ibarət komandanın hazırladığı sıra hazırlığı və sıra hazırlığı elementləri, Mülki Müdafiədən əleyhqazların geyinilib və soyunulma, zəhərlənmiş zonadan zəhərlənmiş şəxsin çıxarılması, zəhərli zonadan yaralıların axtarılıb tapılması və oradan çıxarılması, yanğınsöndürmə komandası yanğının söndürülməsi və yanmış şəxsin çıxarılması kimi təlimləri nümayiş olunub.

Daha sonra güllə atıcılığı və güllənin darağa doldurulması və boşaldılması təlimləri keçirilib.

Eyni zamanda tədbirdə şagirdlərin hərbi nizamnamələr, milli qəhrəmanlar və general-leytenant Əlağa Şıxlinskinin həyatı barədə məruzələri dinlənilib.