26.09.2017

Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilər arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirilib. 

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 229 nömrəli tam orta məktəbdə təşkil edilib. 

Paytaxtda oktyabrın 10-da keçiriləcək tennis üzrə respublika birinciliyinə hazırlıq çərçivəsində 11 yaşadək məktəblilər arasında təşkil olunan yarışda 20 oğlan və 18 qız mübarizə aparıb.

Birinciliyin nəticələrinə əsasən, oğlanlar arasında BŞTİ-nin nəzdindəki 229, 82 və 238 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II,III yerlərə layiq görülüblər. Qızlar arasında isə BŞTİ-nin tabeliyindəki 228 və 229 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, III, Bakı Avropa Liseyinin yetirməsi II yeri tutub.  

Qaliblər diplom və medalla təltif edilib.