06.08.2018

Yeni dərs ilinə hazırlıq - Fotosessiya

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi aparılır. Bütün bu işlərin yeni tədris ilinə qədər başa çatdırılması nəzərdə tutulur.