22.07.2019

Paytaxt məktəblisi qızıl medal qazanıb

Paytaxt məktəblisi  XV Avropa Gənclər Olimpiya Festivalında sərbəst güləş üzrə I yeri tutub.

Belə ki, Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı sərbəst güləş üzrə yarışda ən yüksək nəticəyə - I yerə layiq görülüb.

Fərid Sarıxlını, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Qeyd edək ki, paytaxtda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyəti qatılıb. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçirilir.