24.06.2022

Şagird sayı 500-dək olan məktəblərə vakant direktor vəzifəsinə sənəd qəbulu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

Sənəd qəbulu 24-30 iyun tarixinlərini əhatə edəcək.

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna təqdim edə bilərlər.

Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.

Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər. 


 

Elan

Vakansiya