16.01.2023

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı tədbirlər müəyyənləşib

“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və “Dəyirmi masa”ların təşkili  nəzərdə tutulur.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.


             ƏMR