İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Mayın 1-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.
ƏtraflıMəktəb seçiminə start verilir

Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir.
ƏtraflıBeynəlxalq yarışın qızıl medalçısı

Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.
ƏtraflıPaytaxt məktəbliləri Formula 1 tədbirlərində

Paytaxt məktəbliləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə bağlı tədbirlərdə maraqlı proqramla çıxış ediblər.
Ətraflı“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda görüş keçirilib.
ƏtraflıBirinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

Aprelin 29-na (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib.
ƏtraflıMüəllim və valideynlər qəbul edilib

Aprelin 26-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
ƏtraflıPedaqoji mühazirələrin şəhər mərhələsi

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna start verilib.
ƏtraflıApelyasiya komissiyasına qeydiyyat başa çatır

2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların Apelyasiya komissiyasına müraciətlərinin qeydiyyatı bu gün başa çatır.
ƏtraflıMüddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatıb

Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.
Ətraflı