16.11.2021

Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin onlayn sənəd qəbulu noyabrın 16-dan dekabrın 15-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0) zəng etməklə məlumat ala bilərlər. 


Təhsilini başa vura bilməyən şəxslər üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat qaydasında aralıq imtahanlarının keçirilməsi barədə əmr

 

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

 

Tələb olunan sənədlər

 

Tam orta təhsil səviyyəsi üzrə ərizə

 

Ümumi orta təhsil səviyyəsi üzrə ərizə


Açar sözlər: