İyul ayında 17 357 müraciət daxil olub

İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 357 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
ƏtraflıYeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə start verilib

Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
ƏtraflıDirektor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.
ƏtraflıMəktəbəhazırlıq qruplarına 16 694 uşaq qeydiyyatdan keçib

İyulun 30-u saat 12:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 16 694 uşaq elektron qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçən uşaqlardan 12 681 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
ƏtraflıValideynlərin nəzərinə: sərbəst qəbul başlayır

29 iyul 2026-cı il saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
ƏtraflıYeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesinin vaxtı sentyabrın 1-dək uzadılıb.
Ətraflı“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə tərbiyəçi-müəllim vakansiyalarına müraciət müddəti uzadılıb

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə tərbiyəçi-müəllim vəzifəsinə müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti 20 iyul 2026-cı il saat 10:00-dək uzadılıb.
ƏtraflıPaytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.
ƏtraflıPaytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

13 iyul saat 10:30-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 598 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
ƏtraflıYeni təmayül tədris modelinə qeydiyyat davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi iyulun 20-dək davam edəcək.
Ətraflı